Mingəçevirdən bayram tədbiri keçirilib
Martın 18-də ATİAHİ Mingəçevir şəhər komitəsi tərəfindən Novruz bayramı münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Mingəçevir Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları və müəllimlər, həmçinin rayon ziyalıları iştirak ediblər.
Bayram mərasimində çıxış edən şəhər komitəsinin sədri Həqiqət Şahmuradova iştirakçıları bahar bayramı münasibətilə təbrik edib. Bildirib ki, qədim mədəni-mənəvi dəyərlərimizin parlaq təcəssümü olan Novruzu xalqımız əsrlərdir böyük sevgi ilə qeyd edir: “Bu bayram təkcə azərbaycanlılar tərəfindən deyil, digər xalqların da ana təbiətə, doğma torpağa, birliyə, bərabərliyə olan rəğbəti səbəbindən onlar tərəfindən də qeyd olunur. Ölkəmizdə Novruz tədbirləri böyük təmtəraqla, nümunəvi adət-ənənələrlə keçirilir. İnsanlarımız öncədən bayrama hazırlıq görürlər, səməni göyərdir, bayram şirniyyatları hazırlayır, təmizlik işləri aparırlar. Bu da Novruzun Azərbaycanın qədim və ən gözəl bayramı olduğunu əks etdirir”.  
 
Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Zamik Cəbiyev və şəhər təhsil müəsissələrinin rəhbərləri çıxış edərək tədbir iştrakçılarına bayram təbrikləri çatdırıb, onlara xoş və firavan hayat arzulayıblar.
 
Sonda fəaliyyətində fərqlənən təhsil işcilərinə pul mükafatı və qiymətli hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo