Mingəçevirdə təqaüdə çıxan müəllimlərlə görüş keçirilib

Mingəçevir şəhərinin orta məktəblərinin 65 yaşı tamam olub təqaüdə çıxan müəllimləri ilə görüş keçirilib.
ATİAHİ Mingəçevir şəhər komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə müəllimlərin mənalı ömür yolundan, səmərəli pedaqoji fəaliyyətlərindən, şəhər təhsilinin inkişafında xidmətlərindən, yetirmələrinin uğurlu göstəricilərindən danışılıb, təbriklər səslənib.
Müəllimlər onlara göstərilən diqqət və qayğıya görə, tədbirin təşkilatçılarına təşəkkür edib və bildiriblər ki, qazandıqları zəngin təcrübəni gənc müəllimlərlə bölüşəcəklər.
Sonda təqaüdçü müəllimlər fəxri fərmanla təltif ediliblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo