Mingəçevir şəhərində təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə, istirahətlərinin mənalı keçirilməsinə diqqət yüksək səviyyədədir. Əsasən yay aylarında müəllimlər üçün ölkəmizin səfalı guşələrinə turlar təşkil edilir, həmçinin istirahət mərkəzlərinə və sanatoriyalara yollayışlar verilir. Bu missiya iyun və iyul aylarında da davam etdirilib, ittifaq üzvlərinin istirahəti və sağlamlıqlarının bərpası üçün bütün tədbirlər görülüb.