ATİAHİ Mingəçevir şəhər komitəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə bayram tədbiri təşkil edilib.
Tədbirdə rayon müəllimləri iştirak ediblər. Çıxış edənlər xalqımızın gözəl adət-ənənələrindən, Novruz bayramının tarixindən danışıblar. Vurğulanıb ki, Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Bayramda küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişini xoş əhval-ruhiyyə ilə qarşılayır, yeni ilə qədəm qoyur, torpağın əkib-becərilməsinə başlayır.
Sonda tədbirdə iştirak edən müəllimlərə bayram sovqatları verilib.