ATİAHİ Mingəçevir şəhər komitəsinin təşkilatçılığı ilə şahamat yarışı keçirilib.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarış şəhər müəllimləri arasında aparılıb.
Açılış mərasimində çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, siyasi bacarığından və idarəçilik keyfiyyətlərindən, xilaskarlıq missiyasından danışıblar.
Çıxışların ardından yarışa start verilib. Gərgin və maraqlı anları ilə diqqət çəkən intellektual oyunlarda I yeri Dönməz Mərdanov, II yeri İntiqam İsmayılov, III yeri isə Ağasif Əliyev qazanıb.
Qaliblər şəhər komitəsi tərəfindən mükafatlandırılıb.