Mingəçevir şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə bayram şənliyi təşkil olunub.
ATİAHİ Mingəçevir şəhər komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhər icra hakimiyyətinin, regional təhsil idarəsinin, şəhər Təhsil sektorunun rəhbərliyi və əməkdaşları, həmçinin ittifaq üzvləri iştirak ediblər.
Çıxış edənlər Vətən müharibəsində qazanılan Qələbənin tariximizdə şərəfli yerindən, Ermənistanın tarixə qovuşan işğal siyasətindən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, Azərbaycan Ordusunun misilsiz rəşadətindən danışıblar.
Eləcə də şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı xüsusi olaraq vurğulanıb.
İştirakçılar bayram süfrəsi ətrafında onlara təqdim olunan konsert proqramını dinləyiblər.
Qeyd edək ki, bundan başqa, ATİAHİ Mingəçevir şəhər komitəsi tərəfindən “Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı məqsədilə tədbir təşkil olunub.