ATİAHİ Mingəçevir şəhər komitəsinin təşkilatçılığı ilə rayonunun təhsil işçilərinin istirahətlərinin mənalı keçirilməsi üçün bir sıra tədbirlər həyata keçirilməkdədir. Belə ki, ölkəmizin səfalı rayonlarına müəllimlərin səfərlər təşkil olunur, onların səmərəli istirahətləri üçün hər cür şərait yaradılır. Turlar zamanı tarixi-mədəni abidələr ziyarət olunur, mənzərəli yerlər seyr edilir, yerli mətbəxin təamlarından dadılır, fotolar çəkdirilir. Rayon komitəsi tərəfindən turlar davam etdirilir.