ATİAHİ Mingəçevir şəhər komitəsi “Heydər Əliyev İli” çərçivəsində tədbirlərini davam etdirir. Belə ki, komitə tərəfindən şəhərin müəllimləri və şagirdləri arasında idman yarışları təşkil olunur, müsabiqələr keçirilir, sərgilər nümayiş etdirilir. Növbəti tədbir şagirdlər tərəfindən hazırlanan fləşmob olub. İştirakçılar bir neçə kompozisiya təqdim ediblər. Təqdimatlarda Ulu Öndərin yubileyini tərənnüm edən 100 illik yubiley simvolu da əks olunub.